Bakı Olimpiya Stadionu 2015-ci ilin ən yaxşı idman qurğusu seçilə bilər
UEFA-nın rəsmi xəbər tərəfdaşı olan “StadiumDB” saytı tərəfindən sorğu keçirilir.

Sorğuya əsasən, 15 ölkədən 22 stadion 2015-ci ilin ən yaxşısı adını qazanmaq üçün mübarizə aparır. Sorğu həm ictimaiyyət, həm də münsiflər heyəti arasında keçirilir. “Bakı-2015” birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə ev sahibliyi edən Bakı Olimpiya Stadionu dünya səviyyəli idman qurğuları sırasındadır.

Sorğuda səs vermək üçün http://stadiumdb.com/competitions/stadium_of_the_year_2015 linkinə daxil olub ən yaxşı 5 stadionu 5 müxtəlif xal ilə dəyərləndirmək lazımdır.

Səsvermə fevralın 19-da başa çatacaq.

Xəbər 2005 dəfə oxundu.