“Kəpəz” klubu yoxlama oyununda “Neftçi”yə uduzub | |
Topaz Premyer Liqasının ikinci hissəsinə hazırlığı davam etdirən “Kəpəz” futbol klubu Bakı toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Gəncə klubu “Neftçi” ilə qarşılaşıb və matç “Kəpəz”in məğlubiyyəti ilə yekunlaşıb – 1:2. Gəncə təmsilçisinin qolunu baxışda olan ukraynalı futbolçu Vladimir Korobka vurub. “Neftçi” ilə oyundan sonra “Kəpəz”in futbolçularına bir günlük istirahət verilib. Komanda yanvarın 26-da daha bir yoxlama matçı keçirəcək və rəqib birinci divizionun iştirakçısı “Ağsu” olacaq. |
|
Xəbər 678 dəfə oxundu. |
|
|