Şahmat üzrə rayon birinciliyi keçirilib
14-24 yanvar tarixlərində Daşkəsən rayon Uşaq Gənclər İdman Şahmat məktəbində 2 fevral “Azərbaycan Gənclər günü” münasibətilə ümumtəhsil məktəbliləri arasında şahmat üzrə rayon birinciliyi keçirilib.

30 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi 2 fevral “Azərbaycan Gənclər günü”nün qeyd edilməsi, 16 yaşadək idmançıların Azərbaycan birinciliyinin seçmə yarışlarına hazırlanması, idman dərəcələri normalarının yerinə yetirilməsi və bu idman növünün inkişaf etdirilməsi olub.

Sonda I, II, III, IV və V yerləri tutmuş idmançılar rayon Gənclər və İdman idarəsi tərəfindən təltif olunub.

Xəbər 779 dəfə oxundu.