“Neftçi” PFK-nın U-10 komandası yoxlama oyunu keçirib
“Neftçi” PFK-nın U-10 komandası yoxlama oyunu keçirib. Baş məşqçi Ruslan Qafitulinin yetirmələri “Rəvan”la qarşılaşıb. Görüş komandamızın 10:6 hesablı qələbəsi ilə nəticələnib. “Neftçi”nin heyətində Murad Mais oğlu Məmmədov 5 qola imza atıb. Zəka Mirzəyev ilə Murad Teymur oğlu Məmmədov hərəyə iki qol vurublar. Çərkəz Hüseynov isə bir dəfə fərqlənib.

Xəbər 777 dəfə oxundu.