“Olimpiya Hərəkatı” proqramı çərçivəsində badminton üzrə təlim-məşq keçirilib
Yanvarın 25-də “Olimpiya Hərəkatı” proqramı çərçivəsində finala vəsiqə qazanan məktəb komandalarının badminton üzrə təlim-məşqi keçirilib.

Bakı Slavyan Universitetində keçirilən tədbir Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı “Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyi tərəfindən təşkil olunub.

Təlim-məşqlər idmanın bu növü üzrə Bakı birinciliyinin final mərhələsinə vəsiqə qazanan 12 rayon komandasının yarışa hazırlığına dəstək məqsədi daşıyıb. Tədbir Azərbaycan Badminton Federasiyasının baş məşqçisi Cavanşir Əlizadənin iştirakı ilə keçirilib. Məktəblilərdə bu idman növünə marağı artırmaq məqsədilə təlim-məşqə yeniyetmələrdən ibarət milli komandanın üzvləri də qatılıblar.

Xəbər 1716 dəfə oxundu.