Azərbaycan karateçiləri Tehranda 13 medal qazanıblar
Tehranda beynəlxalq turnirdə iştirak edən müxtəlif yaş qrupları üzrə karateçilərimiz yarışı 13 medalla başa vurublar.

Turnirdə qızıl medalları Roman Heydərov (kata,16-17 yaşlılar), Şahin Quluzadə (67 kq, 18-21 yaşlılar) və Aysel Babayeva (50 kq, böyüklər) qazanıblar.

Vüsal Kamallı (75 kq, 18-21 yaşlılar), Sərxan Quluzadə (84 kq-dan yuxarı) və Asya Məlikova (50 kq) gümüş mükafata sahib olublar. Bürünc medalları isə Roman Heydərov (kata, “Qran pri”), Aytac Əliyeva (55 kq, 18-21 yaşlılar), Ülviyyə Məmmədova (55 kq, 18-21 yaşlılar), Tural Ələkbərli, Elvin Əhmədli (hər ikisi 60 kq, böyüklər), Novruz Əliyev (75 kq) və Turqut Həsənov (84 kq) əldə ediblər.

Karateçilərimiz 11-ci “Tehran zamin” kuboku yarışlarında gənclərdən ibarət seçmə komandanın böyük məşqçisi Şahin Xudaverdiyevin rəhbərliyi altında iştirak ediblər. Yarış həm də yeniyetmə və gənclər üçün fevralın əvvəlində Kiprdə növbəti Avropa çempionatına hazırlıq xarakteri daşıyıb.

Xəbər 738 dəfə oxundu.