Azərbaycan Kubada ikinci oldu
Kubada keçrilən cüdo üzrə Qran-Pri yarışı Azərbaycan milli komandası üçün uğurlu olub. Cüdoçularımızın Havanada qazandığı 3 medal sayəsində Azərbaycan bu mötəbər yarışda iştirak edən 59 ölkə arasında 2-ci yeri tutub.

Yalnız kişilərin yarışında mübarizə aparan millimizi komanda hesabında Rusiya cüdoçuları qabaqlayıb.

Qeyd edək ki, Kuba Qran-Prisində Azərbaycan milli komandasının üzvləri - Rüstəm Orucov qızıl, Orxan Səfərov və Elxan Məmmədov isə bürünc medal qazanıblar.

Xəbər 730 dəfə oxundu.