Ağdamın “Qarabağ” klubu Antalya toplanışını başa vurub
Antalyada təlim-məşq toplanışında olan Ağdamın "Qarabağ" futbol klubu hazırlıq prosesini iki yoxlama oyunu ilə yekunlaşdırıb.

Hazırlıq prosesinin son günündə Ağdam təmsilçisinin ilk rəqibi Avstriyanın "Admira Vakker" klubu olub. Görüş Avstriya təmsilçisinin 4:3 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ"ın heyətində Cavid Tağıyev, Elvin Məmmədov və Qara Qarayev fərqləniblər.

Komandamızın növbəti rəqibi isə Polşa təmsilçisi "Yagelloniya" klubu olub. Baş məşqçi Qurban Qurbanovun komandası bu matçdan da məğlub ayrılıb – 0:1.

Qeyd edək ki, "Qarabağ" daha əvvəl Almaniyanın "Rot Vayss Essen" klubuna 1:0, Macarıstanın "Dioşdyor" komandasına isə 4:0 hesabı ilə qalib gəlmişdi.

Xəbər 638 dəfə oxundu.