Buzadırmanma üzrə respublika çempionatı keçiriləcək
Yanvarın 30-31-də Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı ilə Qusarın Ləzə kəndində buzadırmanma üzrə açıq respublika çempionatı keçiriləcək.

Çempionatda iştirak etmək üçün yanvarın 26-dək federasiyanın Nobel prospekti 61 ünvanında yerləşən ofisinə müraciət olunmalıdır.

Yarışlara fərdi və klub şəklində qatılmaq mümkündur.

Xəbər 678 dəfə oxundu.