Sabah karateçilərimiz mübarizəyə başlayırlar
Sabah Heydər Əliyev adına İdman-Konsert Kompleksində yeniyetmə və gənc karateçilər arasında Avropa start götürəcək. İdman.com.az saytının məlumatına görə, 3 gün davam edəcək yarışda ölkəmizi 25 idmançı təmsil edəcək.

Kata proqramında Rövşən Əliyev (16-17 yaş), Ağabəy Mirzəyev (17-18 yaş) və Elvin Eyvazov (18-20 yaş) çıxış edəcəklər.
14-15 yaşlı idmançıların kumite yarışında Hüseyn Alıyev (52 kq), Cavid Qəniyev (57 kq), Vüsal Kamallı (63 kq), Fərid Əliyev və Sərxan Quluzadə (hər ikisi - 70 kq) yer alıblar.

16-17 yaşlıların rəqabətində Nicat Abbasov (55 kq), Üzeyr Alışanov (61 kq), Şamil Quliyev (68 kq), Rəsul Əlizadə (76 kq), Səyyad İldırımzadə (+76 kq), Aytac Əliyeva (47 kq), Sevinc Mehdiyeva (48 kq), Tansul Bağırova (53 kq), Asiya Məlikova (54 kq), Fəridə Əliyeva (+54 kq), Aysel Babayeva (59 kq), Fəridə Abiyeva (+59 kq) mübarizə aparacaqlar.

18-20 yaşlılar arasında millimizi Tural Ağalarzadə (68 kq), Ayxan Mamayev (76 kq), Asiman Qurbanlı (+76 kq), Nuranə Əliyeva (53 kq), İlahə Qasımova (60 kq) və Aytən Yusifqızı (+60 kq) təmsil edəcəklər.

Qeyd edək ki, yarışın təntənəli açılışı sabah saat 16:00-da baş tutacaq.

Xəbər 1250 dəfə oxundu.