Azərbaycan cüdoçusu Havana Qran-pri yarışlarının qızıl medalını qazanıb
Kubanın paytaxtı Havanada cüdo üzrə Qran-pri yarışları davam edir.

Yarışın ikinci günündə Azərbaycan milli komandasının daha 3 üzvü qüvvəsini sınayıb.

Dünya reytinqində lider olan cüdoçumuz Rüstəm Orucov yarışa ikinci mərhələdən qoşulub. Turnirdə 73 kiloqram çəki dərəcəsində çıxış edən R.Orucov finala gedən yolda əvvəlcə Monteneqro təmsilçisi Nikola Qusiçə, daha sonra italiyalı Enriko Parlatiyə qalib gəlib. Dörddəbir finalda qanalı Emmanuel Nartey üzərində qələbə qazanan cüdoçumuz yarımfinalda Monqolustan idmançısı Odbayar Qanbatarı da məğlub edərək adını finala yazdırıb. Həlledici qarşılaşmada Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Viktor Skvortova vazari fəndi ilə qalib gələn R.Orucov Havana Qran-prisinin qızıl medalını qazanıb.

Beləliklə, Havana Qran-prisində cüdo üzrə Azərbaycan milli komandasının aktivində 1 qızıl və 1 bürünc medal var.

Xəbər 711 dəfə oxundu.