Yaşar Vahabzadə: “Nəticədən razı qaldım”
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının “Antalya Cup” turnirində bu gün Səudiyyə Ərəbistanının U-20 komandası ilə qarşılaşmasından sonra yığmamızın baş məşqçisi Yaşar Vahabzadə öz fikirlərini bildirib:

“Nəticədən razı qaldım. Lakin oyunumuz məni qane etmədi. Təbii ki, rəqibin azlıqda qalması oyunun gedişinə təsirini göstərdi. Məni narazı salan məqamlardan ən əsası ötürmələrdə çoxlu səhvə yol verməyimiz oldu. Havanın küləkli olması da oyun keyfiyyətini aşağı salan amillərdən idi”.

affa.az

Xəbər 631 dəfə oxundu.