Yığmamız turnirdə ikinci qələbəsini qazanıb
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması “Antalya Cup” turnirində bu gün ikinci oyununu keçirib.

Səudiyyə Ərəbistanının U-20 yığması ilə qarşılaşan yığmamız qələbə qazanıb – 3:0.
Oyunda hesabı 8-ci dəqiqədə penalti zərbəsindən fərqlənməklə Namiq Ələsgərov açıb. 10 dəqiqə sonra 11 metrlik cərimə zərbəsini Elnur Cəfərov dəqiq yerinə yetirməklə komandamızın üstünlüyünü 2 topa çatdırıb. 77-ci dəqiqədə Namiq Ələsgərov oyunun yekun hesabını müəyyənləşdirən qolu vurub.

Yığmamız turnirdə növbəti oyununu yanvarın 26-da, Bakı vaxtı ilə saat 13:00-da Albaniyanın U-21 komandasına qarşı keçirəcək.

Xəbər 661 dəfə oxundu.