"Neftçi" PFK təlim-məşq toplanışını qələbə ilə başa vurdu
“Neftçi” PFK təlim-məşq toplanışını başa vurub. Komandamız toplanışın son günündə “Kəpəz” klubu ilə yoxlama oyunu keçirib. “Bakcell Arena”da baş tutmuş görüş 2:1 hesablı qələbə ilə nəticələnib. “Neftçi”nin heyətində Ruslan Qurbanov “dubl”a imza atıb. O, 61 və 72-ci dəqiqələrdə qol vurub.

Komandamızın heyəti: Kamran İbrahimov (Maksim Vaylo, 46), Kamal Qurbanov (Etibar Süleymanov, 89), Elvin Bədəlov, Anton Krivotsyuk, Erik Ramos, Kaue, Təyyar Məmmədov (Mirabdulla Abbasov, 76), Cavid İmamverdiyev, Anyete (Məhəmməd Qurbanov, 71), Aylton, Ruslan Qurbanov.

Qeyd edək ki, “Neftçi” iki günlük fasilədən sonra, yanvarın 26-da klubun təlim-məşq bazasında bir araya gələrək “Sumqayıt”la oyunun hazırlığına start verəcək.

Xəbər 671 dəfə oxundu.