Bakının “İnter” futbol klubu Antalyada sonuncu yoxlama oyununu keçirib
Antalyada təlim-məşq toplanışında olan Bakının “İnter” futbol klubu yanvarın 23-də sonuncu – dördüncü yoxlama oyununa çıxıb.

Bakı təmsilçisi Qazaxıstanın “Atırau” komandası ilə qarşılaşıb. Görüşdə qapılara qol vurulmayıb. Nəticədə, “İnter” son sınaq matçından sülhlə ayrılıb.

Qeyd edək ki, paytaxt təmsilçisi daha əvvəl Almaniyanın “Verder” klubunun əsas və əvəzedici heyətinə 0:1, Slovakiyanın “Slovan” komandasına isə 0:2 hesabı ilə uduzmuşdu.

Xəbər 661 dəfə oxundu.