Elcan Rəhimov: “Bunun davamlı olmasını arzulayıram”
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının seleksiya xarakterli təlim-məşq toplanışında iştirak edən “Kəpəz”in üzvü Elcan Rəhimov klubun düşərgəsinə dönüb. Gənc futbolçu artıq iki gündür ki, əvəzedici heyətin məşqlərinə qatılır. Milliyə ilk dəfə dəvət alan müdafiəçi klubun rəsmi saytına bir həftəlik Bakı toplanışından danışıb: “Yığmaya dəvət almaq sevindiricidir. Axı hər bir futbolçunun arzusu millidə oynamaqdır. Məşqçilər korpusu oyunumu bəyəndiyini dedi. İstərdim ki, gələcəkdə də çağırılım. Bunun davamlı olmasını arzulayıram. Amma bunun üçün klubumda daim oynamalıyam. Öz üzərimdə işləyib, daha güclü futbolçu olmağa can atmalıyam”.

Xəbər 640 dəfə oxundu.