Qarabağ bu gün Antalyada iki yoxlama oyunu keçirəcək
"Qarabağ" qış təlim məşq toplanışının son gününə bu gün 2 yoxlama matçı ilə nöqtə qoyacaq. Ağdam klubunun təlim-məşq toplanışı çərçivəsində 3-cü və 4-cü yoxlama oyunları bu gün baş tutacaq.

Günün ilk rəqibi Avstriya təmsilçisi olan "Admira Vakker", növbəti rəqib isə Polşa təmsilçisi "Yagelloniya" klubu olacaq. Oyunlar Bakı vaxtı ilə müvafiq olaraq 18:15 və 20:15-də başlayacaq.

Xəbər 669 dəfə oxundu.