“Qarabağ”ın yarımmüdafiəçisi karyerasını Yunanıstanda davam etdirəcək
Ağdamın “Qarabağ” futbol klubundan qarşılıqlı razılıq əsasında ayrılan Çumbinyo karyerasını Yunanıstanda davam etdirəcək.

Braziliyalı yarımmüdafiəçi sabiq komandası “Atromitos”a qayıdıb. Kluba azad agent kimi keçən Çumbinyo 1 il 6 aylıq müqavilə imzalayıb.

Qeyd edək ki, 2013-cü ildə “Qarabağ”a keçməmişdən əvvəl Çumbinyonun son klubu məhz “Atromitos” olmuşdu. Təcrübəli futbolçunun həmin vaxt transfer hüququ “Olimpiakos”a məxsus olsa da, 2012/2013-cü il mövsümünü icarə əsasında məhz hazırkı komandasında keçirmişdi.

Xəbər 673 dəfə oxundu.