UEFA “Qol-xətti” texnologiyası ilə bağlı qərarını verib
UEFA yeni futbol mövsümündən Çempionlar Liqası və “Avro-2016”da avtomatik “Qapı-xətti” texnologiyasından istifadə ediləcəyini açıqlayıb.

Bu barədə UEFA İcraiyyə Komitəsinin illik toplantısından sonra qurumun mətbuat katibliyi açıqlama verib. Bildirilib ki, 2016/2017-ci il mövsümündə Çempionlar Liqasının pley-off oyunlarında, 2017/2018-ci il mövsümündə isə Avropa Liqasının qrup mərhələsində sözügedən yenilik tam tətbiq olunacaq. Bu ideyanı qurumun Hakimlər Komitəsinin sədri Pyerluidji Kollina da dəstəkləyib.

Məlumat üçün qeyd edək ki, məlum texnologiyadan artıq bir müddətdir İngiltərə, İtaliya, Almaniya və Fransa çempionatlarında istifadə olunur.

Xəbər 659 dəfə oxundu.