“Formula-1” üzrə üçqat dünya çempionu fortepianoda məharətini nümayiş etdirib
“Mersedes” komandası ilə “Formula-1” yarışlarında üçqat dünya çempionu olan britaniyalı pilot Lyuis Hamilton bir çoxlarını hərəkəti ilə təəccübləndirib.

L.Hamilton fortepianoda ABŞ-ın pop-musiqiçisi Layonel Riçinin “Easy” kompozisiyasını ifa edib. Daha sonra pilot video çəkilişi özünün şəxsi instagram səhifəsində yerləşdirib. O, etiraf edib ki, hər dəfə fortepiano görəndə sözügedən musiqi alətində ifa etməyi dərindən öyrənmək marağı baş qaldırır.

Xəbər 611 dəfə oxundu.