Millimiz “Antalya Cup” turnirinə qələbə ilə start verib
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan yığması “Antalya Cup” turnirində ilk oyununu keçirib.

Beş komandanın qatıldığı turnirdə millimiz ilk matçında Ukrayna komandası ilə üz-üzə gəlib.

Matçın gedişində hesabda geri düşən Yaşar Vahabzadənin yetirmələri sonradan özündə güc taparaq iki qol vurub və qələbə qazanıblar. Namiq Ələsgərov əvvəlcə 58-ci dəqiqədə penalti zərbəsi ilə oyunda tarazlığı bərpa edib. Oyunun 85-ci dəqiqəsində Namiq Ələsgərov dublunu rəsmiləşdirərək yığmamıza 2:1 hesablı qələbə qazandırıb.

Qeyd edək ki, Azərbaycan və Ukraynanın U-21 yığmaları ilə yanaşı, Albaniyanın U-21, Bəhreyn və Səudiyyə Ərəbistanının U-20 komandaları da “Antalya Cup”da mübarizə aparırlar.

Xəbər 633 dəfə oxundu.