“Öz gücümüzə inanırdıq”
“Qələbə qazandığımız üçün çox şadam. Sadəcə, arabir Çempionlar Liqasında ağır günlər olur və həmin vaxt oyunumuz alınmır”. İdman.com.az saytının məlumatına görə, bunu “Rabitə”nin voleybolçusu Natalya Məmmədova deyib.

Bakı təmsilçisi Avropa Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında “Atom”a 3:1 hesabı ilə qalib gəldikdən sonra, “qızıl set”də də inamlı oynayaraq, növbəti mərhələyə vəsiqə qazanıb. “Rabitə”nin kapitanı deyib ki, qələbədən savayı yollarının olmadığını yaxşı bilirlərmiş:

“Bundan öncə 1:3 hesabı ilə uduzmuşduq. Bu gün mütləq qələbə qazanmalı idik. Öz gücümüzə inanırdıq və başa düşürdük ki, başqa şansımız olmayacaq. Həmçinin gördük ki, bizi burada azarkeşlərimiz necə dəstəkləyir. Onların hamısına minnətdarlığımı bildirirəm. 1/4 finala yüksəldiyimiz üçün sevincliyəm”.

Xəbər 988 dəfə oxundu.