Bakıda təşkil olunacaq “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının başlanma saatı müəyyənləşib
Qarşıdakı mövsüm “Formula-1” tarixində ən uzun olacaq. Çempionatın təqvimində 21 Qran-pri yer alıb və turnirin rəsmi saytında 2016-cı ildə keçiriləcək yarışların start vaxtı dərc olunub.

Bakıda keçiriləcək debüt Avropa Qran-prisinin startı yerli vaxtla saat 18:00-a təsadüf edəcək. Yarışın belə gec başlamasının səbəbi həmin gün Fransada keçirilən Le Man marafonunun finişidir. Fransada təşkil olunacaq iyirmi dörd saatlıq yarış Bakı vaxtı ilə saat 17:00-da başa çatmalıdır. İyunda ölkəmizdə günəşin saat 21:15-dən sonra batmasını nəzərə alsaq, yarışın belə gec başlaması problem olmayacaq.

Xəbər 480 dəfə oxundu.