"Sumqayıt" FK bu gün Antalyada "Petrolul"la üz-üzə gələcək
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” Futbol Klubu qonşu ölkədə son yoxlama oyununa çıxacaq. Komandamız bu gün Bakı vaxtı ilə saat 19:00-da 4 dəfə Rumıniya çempionu olmuş "Petrolul"la üz-üzə gələcək. Bununla "Sumqayıt" FK Türkiyədəki təlim-məşq toplanışını başa vuracaq. Komandamız sabah vətənə dönəcək.

Xatırladaq ki, "Sumqayıt" FK Türkiyədə olduğu müddətdə 3 yoxlama oyunu keçirib. Samir Abasovun rəhbərlik etdiyi komanda Qazaxıstan "Akjayık" klubuna 1:0 hesabı ilə qalib gəlib, Rumıniya təmsilçisi "Voluntari" ilə 0:0 hesablı heç-heçə edib və son İran çempionu "Sepahan"a 1:2 hesabı ilə məğlub olub.

Xəbər 667 dəfə oxundu.