2016-ci ilin ilk yerli yarışı
29 Yanvar 2016-ci il tarixdə saat 11:00 – da Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı şəhəri, Novxanı qəsəbəsində yerləşən “Sərhədçi Atçılıq Mərkəzi” – nin qapalı manejində atçılığın konkur növü üzrə M*-S** kateqoriyalı yerli yarış keçiriləcək. Yarışın ümumi mükafat fondu 5.000 AZN təşkil edir. Yarışa Azərbaycandan dəvət olunmuş hakimlər kollegiyası nəzarət edəcək. Yarışda yerli klubların idmançıları iştirak edəcək və “SƏRHƏDÇİ” kuboku uğrunda mübarizə aparacaqlar.

Xəbər 1235 dəfə oxundu.