"Neftçi"nin futbolçuları Ukraynaya qarşı
“Neftçi” PFK-nın futbolçuları – Rahil Məmmədov və Məqsəd İsayev Azərbaycan U-21 milli komandasının heyətində “Antalya Cup” turnirində iştirak edəcək. Millimiz turnir çərçivəsində ilk oyununu yanvarın 22-də Ukrayna U-21 yığmasına qarşı keçirəcək. Komandamız ayın 24-də Səudiyyə Ərəbistanı U-20, 26-da Albaniya U-21, 28-də isə Bəhreyn U-20 yığmaları ilə qarşılaşacaq.

Xəbər 677 dəfə oxundu.