“Kəpəz” Bakı toplanışına başladı
Yevlax toplanışından sonra iki günlük istirahətə buraxılan “Kəpəz” məşqləri bərpa edib. Komanda Bakıda hazırlıq keçir. Gündə bir dəfə məşqə çıxan “sarı-göylər” “Dalğa Arena”da hazırlaşır. Məşqçilər korpusu paytaxtda texniki və taktiki çalışmalara diqqət ayıracaq.

Xatırladaq ki, komandamız Bakıda iki yoxlama oyunu keçirəcək. Nizami yurdunun təmsilçisi yanvarın 23-də “Neftçi”, ayın 26-da isə “Ağsu” ilə qarşılaşacaq.

Xəbər 672 dəfə oxundu.