Cüdo üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Şağan Olimpiya İdman Kompleksində keçirilən cüdo üzrə Bakı birinciliyinə yekun vurulub.

Birincilikdə 12 klubdan cüdoçular müxtəlif çəki dərəcələri üzrə mübarizə aparıblar.

Kişilər arasında Naib İsmayılov (55 kq), Fərid Qardaşxanov (60 kq), Yusif Heydərov (66 kq), Çingiz Əhmədov (73 kq), Coşqun Abdullayev (81 kq), Aslan Mirzəyev (90 kq), Famil Gülüzadə (100 kq) və Məhəmmədəli Babayev (100 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qadınların yarışında isə İzafət Abdullayeva (70 kq) və Nərminə Əlizadə (78 kq-dan yuxarı) qızıl medal qazanıblar.

İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 743 dəfə oxundu.