UEFA-dan “Qəbələ”yə bonus məbləğ ayrılıb
UEFA “Qəbələ” futbol klubuna 243 min avro məbləğində bonus ayırıb.

Bu məbləğ komandanın Avropa Liqasının 2015/2016-cı il mövsümünün qrup mərhələsindəki iki heç-heçəsi üçün nəzərdə tutulub. Vəsait AFFA tərəfindən “Qəbələ”nin hesabına köçürülüb.

Qeyd edək ki, “Qəbələ” hər iki heç-heçəni Yunanıstanın PAOK komandası ilə ev və səfər matçlarında edib.

Xəbər 654 dəfə oxundu.