“Telekom” klubu Çempionlar Liqası yarışlarında növbəti oyununu keçirib
Yanvarın 21-də Bakının qadınlardan ibarət “Telekom” voleybol klubu Çempionlar Liqası yarışlarında beşinci oyununu keçirib.

“Telekom” “Sərhədçi” Olimpiya İdman Mərkəzində Türkiyənin “Fənərbağça” komandasını qəbul edib.

Belaruslu baş hakim Yuri Bakunoviçin idarə etdiyi oyun Türkiyə təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Çempionlar Liqası yarışlarının “E” qrupunda yer alan “Telekom” keçirdiyi bütün görüşlərdə meydandan məğlub ayrılıb.

Xəbər 700 dəfə oxundu.