“Zirə”nin Antalyada son məşqi
“Zirə” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışını başa vurmaq üzrədir. Bu gün “qartallar” son məşqə çıxıblar. Baş məşqçi Adil Şükürov güclü yağışla müşahidə olunan məşqdə əsasən, texniki-taktiki çalışmalara üstünlük verib. Komandamız Antalya toplanılşını yoxlama oyunu ilə başa vuracaq. Sabah “Zirə” Rumıniyanın “Tırqu-Mureş” klubu ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xəbər 652 dəfə oxundu.