“Xəzər-Lənkəran” klubu iki futbolçunu heyətindən kənarlaşdırıb
“Xəzər-Lənkəran” klubunun daxili nizam intizam qaydalarını kobud şəkildə pozduğuna görə, futbolçular Elvin Mirzəyev və Kazım Kazımlı klubdan uzaqlaşdırılıb.

Digər üç futbolçu - Elşən Rzazadə, Elnur Cəfərov və Kamran Abdullazadə isə transferə çıxarılıb. Əsas komandanın toplanışına baxışa digər klublardan futbolçular dəvət olunub.

“Xəzər-Lənkəran” klubunun əsas komandası ilə yanaşı bütün aşağı yaş qruplarının məşqləri plan üzrə davam edir.


Xəbər 649 dəfə oxundu.