Rio-2016-ya lisenziya əldə edən idmançılarımız Bakıya qayıtdılar
Türkiyənin İstanbul şəhərində keçirilən taekvondo üzrə lisenziya xarakterli Avropa təsnifat turnirində uğurla çıxış edərək “Rio-2016” Yay Olimpiya Oyunlarına vəsiqə qazanan yığma komandamız vətənə qayıdıblar. Heydər Əliyev Beynəlxalq Aeroportunda taekvondoçularımız - Fəridə Əzizova, Milad Beigi Hərçəqanı və Patimat Abakarovanı Azərbaycan Taekvondo Federasiyasının (ATF) nümayəndələri və azarkeşlər və qarşılayıblar.

Qazandıqları qələbəni Azərbaycan xalqına həsr etdiklərini söyləyən idmançılar yarışa çox ciddi hazırlaşdıqlarını bildiriblər: "Turnirdə həm lisenziya qazandığımız üçün böyük qürur və sevinc hissi keçiririk. Məşqlərimizi davam etdirərək Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında bu nailiyyətləri başa vurmağa çalışacağıq".

Xatırladaq ki, milli komandanın lideri Radik İsayev 2015-ci ilinreytinq xallarına görə Olimpiadaya iştirak hüququnu təmin etmişdi.

Beləliklə, Braziliyada təşkil ediləcək Olimpiadada ölkəmizi 4 taekvondoçumuz - Radik İsayev (+80 kq), Milad Beigi Hərçəqanı (-80 kq), Fəridə Əzizova (-67 kq) və Patimat Abakarova (-49 kq) təmsil edəcəklər.

Xəbər 714 dəfə oxundu.