"Qarabağ" bu gün hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununa çıxıb
Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" bu gün hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununa çıxıb. Baş məşqçi Qurban Qurbanov komandasını Macarıstan "Dioşdyor"u ilə görüşdə sınaqdan keçirib.

Qarşılaşma Ağdam təmsilçisi üçün uğurlu alınıb. İlk yarıda hesabı açan "Qarabağ" fasilədən sonra daha üç qol vuraraq, darmadağınla qalib gəlib.

Xatırladaq ki, "Qarabağ" Türkiyədəki ilk yoxlama oyununda Almaniyanın "Rot Vayss" (Essen) klubuna 1:0 hesabıyla qalib gəlmişdi.

Yoxlama oyunu
20 yanvar

"Qarabağ" - "Dioşdyor" - 4:0 (1:0)
Qollar: Maksim Medvedev, 29 (1:0). Muarem Muarem, 52 (2:0). Rahid Əmirquliyev, 58 (3:0). Mahir Mədətov, 72 (4:0).

Xəbər 849 dəfə oxundu.