20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş kross qaçış üzrə rayon turniri keçirilib
Yanvarın 18-də Astara Olimpiya İdman Kompleksində Astara rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təsdiq etdikləri Əsasnaməyə uyğun olaraq 20 Yanvar şəhidlərinin xatirəsinin anılması və Azərbaycan tarixinin gənclər arasında təbliğ edilməsi məqsədilə 1 və 2 km məsafələrə kross qaçışı üzrə yarış keçirilib.

İlk olaraq yeniyetmələr arasında 1km məsafədən yarış keçirilib. 1 km məsafədən qaçış üzrə I, II və III yerləri müvafiq olaraq oğlanlardan İlqar Kakayev (Siyəku tam orta məktəb), Əliağa Nəsirov (Şəhər 2 saylı tam orta məktəb), Peyman Kamalov (Siyəku tam orta məktəb); qızlardan Sabina Miraşiçenko (Şəhər 2 saylı tam orta məktəb), Aysun Razayev ( şəhər 3 saylı tam orta məktəb), Ramilə Seyidəliyeva (şəhər 3 saylı tam orta məktəb ) layiq görülüblər.

Gənclər arasında 2 km məsafəyə qaçışda I, II, III yerləri müvafiq olaraq Hənifə Məmmədov (Şəhər 2 saylı tam orta məktəb ), Anar Zöhrablı ( Olimpiya İdman Kompleksi ), Ruslan Əliyev ( Şəhər 4 saylı tam orta məktəb ) layiq görülüblər.
Qaliblər Astara rayon Gənclər və İdman İdarəsi və şəhər Təhsil Şöbəsinin diplom və medalları ilə təltif ediliblər.

Xəbər 787 dəfə oxundu.