Azərbaycan çempionu “Atom”u “qızıl set”də tar-mar etdi
Bu gün qadın voleybolçular arasında “Rabitə” klubu, Avropa Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə evdə Polşa “Atom”unu qəbul edib. İdman.com.az saytının məlumatına görə, “Sərhədçi” Olimpiya-İdman Mərkəzində baş tutmuş görüş gözlənildiyi kimi, gərgin keçib. Psixoloji üstünlük qonaqların tərəfində olduğundan, Azərbaycan çempionu matça həyəcanlı başlayıb.

Bu, setdə də özünü göstərib və “Atom” mübarizəyə qələbə ilə başlayıb. Amma növbəti hissələrdə “Rabitə” diqqəti bir yerə təmərküzləşdirməyi bacarıb. Oyunda dönüş yaradan meydan sahibələri matçın taleyini “qızıl set”ə uzadıb. Həlledici bölmədə yüksək ustalıq nümayiş etdirən voleybolçularımız, 1/4 finala vəsiqə qazanıb.

Avropa Çempionlar Liqası
1/8 final mərhələsinin cavab oyunu

9 fevral
17:00. “Rabitə” (Azərbaycan) – “Atom” (Polşa) - 3:1 (21:25, 25:14, 25:20, 25:20). “Qızıl set” - 1:0 (15:6)
Hakimlər: Gennadi Kondakov (Ukrayna), Yuri Bakunoviç (Belarus)

İlk oyun
“Atom” (Polşa) – “Rabitə” (Azərbaycan) - 3:1 (22:25, 25:22, 25:20, 26:24)

Xəbər 1104 dəfə oxundu.