Millimizin rəqibini almaniyalı məşqçi çalışdıra bilər
Martın 26-da futbol üzrə Azərbaycan millisi ilə yoxlama görüşü keçirəcək Qazaxıstan yığmasını almaniyalı məşqçi çalışdıra bilər.

Yuri Krasnojanın gedişindən sonra boş qalmış postu böyük ehtimalla Lotar Matteus tutacaq.

Məlum olub ki, artıq Qazaxıstan Futbol Federasiyanın rəhbərliyi 55 yaşlı mütəxəssis ilə danışıqlara başlayıb. 2011-ci ildən bəri işsiz qalan Matteusun bu təklifə razılıq verəcəyi gözlənilir.

Əgər danışıqlar müsbət nəticələnərsə, Qazaxıstan yığmasını millimizlə Antalyada keçiriləcək görüşə Matteus çıxaracaq.

Məşqçilik karyerasına 2001-ci ildə start verən Matteus bu vaxtadək "Rapid” (Vyana), “Partizan”, “Atletiko Paranaense”, “Zalsburq” və “Makkabi” (Netanya) klublarını, eləcə də Macarıstan və Bolqarıstan yığmalarını çalışdırıb.

Xəbər 696 dəfə oxundu.