Göyçay idmançılarından 583-ü medal qazanıb
Göyçay rayonunda gənclərin sağlamlığının qorunması, idmanın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində lazımı tədbirlər görülür.

Hazırda rayonda 5 min 650 gənc müntəzəm olaraq idmanla məşğul olur. Rayon idmançılarından 2070 nəfəri 2015-ci ildə Gənclər və İdman Nazirliyinin ölkə üzrə, eləcə də rayon gənclər və idman idarəsinin yerli tədbirlər planına uyğun olaraq Göyçayda, Bakıda və ölkənin digər bölgələrində, eləcə də xarici ölkələrdə keçirilən ümumilikdə 57 idman yarışında iştirak edib. Həmin idmançılardan 583-ü qızıl, gümüş və bürünc medal qazanıb. Həmçinin rayonun 20 idmançısı müxtəlif turnirlərdə yüksək səviyyədə çıxış edərək birinci dərəcə normasını ödəyib. Ötən il bir nəfər əməkdar məşqçi və 3 nəfər milli dərəcəli hakim adını alıb.

Məlumat verilib ki, hazırda rayonda 1 Olimpiya İdman Kompleksi, 1 kompleks idman qurğusu, 2 stadion, 32 idman zalı, 128 sadə idman meydançası, 1 üzgüçülük hovuzu, 3 trinajor zalı, 1 idman klubu, 3 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərir. Hazırda rayonda 3 əməkdar məşqçi, 1 beynəlxalq dərəcəli və 8 nəfər milli dərəcəli hakim var.

AZƏRTAC

Xəbər 567 dəfə oxundu.