Azərbaycan velosipedçisi Honqkonqda beynəlxalq turnirdə iştirak edib
Azərbaycanın trek velosipedi üzrə yığma komandasının üzvü Sergey Omelçenko Honqkonqda keçirilən dünya kuboku yarışlarının üçüncü mərhələsində keyrin növündə 11-ci olub.

İlk mərhələni 2-ci sırada tamamlamaqla yarımfinalda iştirak hüququ əldə edən idmançımız təəssüf ki, bu səddi keçə bilməyib. Turnirdə 7-12-ci yerlər uğrunda mübarizənin yekununda isə Sergey Omelçenko 50 iştirakçı arasında 11-ci yeri tutub.

Xəbər 657 dəfə oxundu.