“Sumqayıt” futbol klubu Türkiyəyə yola düşüb
Premyer Liqanın III dövrəsi üçün hazırlığın birinci mərhələsini tamamlayan “Sumqayıt” futbol klubu təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində davam etdirəcək.

Komanda yanvarın 16-da qonşu ölkəyə yola düşüb. Sumqayıtlı futbolçular səfərdə 3 yoxlama oyunu keçirəcək.

Xəbər 858 dəfə oxundu.