“CBC Sport kuboku”: I tura yekun vurulub
AFFA, PFL və CBC Sport televiziya kanalının birgə təşkilatçılığı ilə ilk dəfə keçirilən “CBC Sport kuboku”nda I tura yekun vurulub.

“Neftçala” və “Şərurspor” komandalarının qarşılaşması 2:2 hesabı ilə başa çatıb. “Neftçala”dan qolları Aqşin Muxtaroğlu və Anar Babayev vurub. “Şərurspor”dan isə Rəhman Musayev dubl edib.

Turnir çərçivəsində növbəti tura sabah-yanvarın 16-da start veriləcək. Bayıl stadionunda, saat 13.00-da AZAL və MOİK komandaları qarşılaşacaq.

Xəbər 785 dəfə oxundu.