Millimizin məşqçiləri yoxlama oyununu izləyib
Topaz Premyer Liqası klublarının təlim-məşq toplanışı və yoxlama oyunlarını izləmək üçün Türkiyənin Antalya şəhərində olan Azərbaycan milli komandasının məşqçiləri “İnter” və Almaniyanın “Verder” (Bremen) komandaları arasında keçirilmiş yoxlama oyununa baxıblar. Sözügedən oyun paytaxt klubunun 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Xəbər 702 dəfə oxundu.