“Traktorsazi” klubu gələn il Bakıda təşkil olunacaq qış turnirinə dəvət oluna bilər
Təbrizin “Traktorsazi” futbol klubu Bakıya dəvət oluna bilər.

Bu barədə AZAL futbol klubunun vitse-prezidenti, AFFA Klublar Komitəsinin sədri Fikrət Hüseynov məlumat verib.

F.Hüseynovun sözlərinə görə, gələn il Bakıda təşkil olunacaq qış turnirində “Traktorsazi” də çıxış edə bilər.

Qeyd edib ki, “Traktorsazi”nin ölkəmizdə çoxlu azarkeşi var. Biz növbəti mövsüm üçün təşkilatçılara bu komandanı da Bakıya dəvət etməyi təklif edə bilərik. Habelə Gürcüstan və Dağıstandan da bəzi klubların dəvət olunması gündəmdədir. Bu turnirin gələcəyi var. İlin bu vaxtında Bakıda yaxşı hava olur. Kifayət qədər hotel, məşq meydançaları, stadionlarımız var. Budəfəki turniri təşkil etmək baxımından vaxt çox az idi. Ona görə də xarici klubları dəvət etmək mümkün olmadı.

Xəbər 732 dəfə oxundu.