"Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Strukturu"nun təsdiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında" 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamına əlavələr və dəyişikliklər edilməsi barədə " Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 14 nömrəli Fərmanının 39.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 6 dekabr 2011-ci il
№ 193

Xəbər 2369 dəfə oxundu.