20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş Juboksinq üzrə Respublika turniri
9-10 yanvar tarixlərində Bakı şəhərində 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş uşaqlar, yeniyetmələr və gənclər arasında Juboksinq Citsu üzrə Respublika turniri keçirilib.

Yarışda Astara rayon komandası yüksək nəticə əldə edib. Belə ki, Nurlan Həsənzadə, Pərviz Hüseynov, İlkin Həsənzadə, Qılman Dadaşov (30 kq, 42 kq, 45 kq, 50 kq) müvafiq olaraq birinciyə, Novruzov Rüstəm və Əliyev İnad (30kq və 35 kq) üçüncü yerə layiq görülüblər.

Komandanı yarışa qara kəmər ustaları Nəzərəli Əliyev və Elşən Buludov hazırlayıblar.

Xəbər 889 dəfə oxundu.