“Sumqayıt” futbol klubu Nicat Muxtarovu transfer edib
Premyer Liqanın III dövrəsi üçün hazırlığını davam etdirən “Sumqayıt” futbol klubu növbəti futbolçunu heyətinə qatıb.

Son olaraq “Rəvan”da çıxış etmiş Nicat Muxtarov komanda ilə 2,5 illik müqavilə imzalayıb. 1995-ci il təvəllüdlü adıçəkilən futbolçu “Sumqayıt”da 8 nömrəli formanı geyinəcək.

Xəbər 833 dəfə oxundu.