Əvəzedicilərimiz təlim-məşq toplanışına start verdilər
“Neftçi” PFK-nın əvəzedici komandası bu gün təlim-məşq toplanışına start verib. Yanvarın 24-dək AFFA-nın məşq mərkəzində davam edəcək hazırlıq prosesi ərzində komandamız bir neçə yoxlama oyunu keçirməyi planlaşdırır. Bu gün əsas komandamızla qarşılaşacaq baş məşqçisi Tofiq Mustafayev olan əvəzedicilərimiz yanvarın 16-da Azərbaycan U-19 yığması, 19-da “Qarabağ”ın əvəzedici heyəti ilə üz-üzə gələcək.

Xəbər 685 dəfə oxundu.