FİFA Madridin “Real” və “Atletiko” klublarına transfer qadağası tətbiq edib
FİFA Madridin “Real” və “Atletiko” futbol klublarına transfer qadağası qoyub.

Buna “Real” və “Atletiko” klublarının 18 yaşdan aşağı futbolçuların transferlərində qanunsuzluğa yol verməsi səbəb olub.

FİFA-nın qaydalarına əsasən, bu cür transferlər ciddi şəkildə qadağan olunur. Ali futbol qurumunun qoyduğu qadağaya əsasən, paytaxt klubları 2016-cı ilin yay və 2017-ci ilin qış transfer pəncərəsində heyətinə heç bir futbolçu cəlb edə bilməyəcək. Bununla yanaşı, Madrid klublarına eləcə də pul cəriməsi də kəsilib. Belə ki, “Atletiko” 900 min, “Real” isə 360 min İsveçrə frankından keçməli olacaq. FİFA sözügedən klublardan transfer məsələlərində yol verdikləri qanunsuzluğu 90 gün ərzində aradan qaldırmağı tələb edib.

Qeyd edək ki, bu qadağa, hazırkı qış transfer pəncərəsinə aid edilməyəcək.

Xəbər 828 dəfə oxundu.