AFFA-nın Klublar Komitəsinin növbəti iclasının gündəliyi müəyyənləşib
AFFA-nın Klublar Komitəsinin növbəti iclası yanvarın 22-də təşkil olunacaq.

Bu barədə komitənin sədri, AZAL futbol klubunun vitse-prezidenti Fikrət Hüseynov məlumat verib.

Onun sözlərinə görə, iclasda iki önəmli məsələyə baxılacaq. Bunlardan biri klubların Peşəkar Futbol Liqasına (PFL) olan borcu, digəri isə teleyayımla bağlı “CBC Sport” telekanalının ödədiyi 700 min manatın klublar arasında bölüşdürülməsidir.

F.Hüseynov Bakıda təşkil olunan qış turniri ilə bağlı fikirlərini də bölüşüb. Bildirib ki, üç klub maliyyə probleminə görə, turnirdə iştirakdan imtina etdiyi üçün yarışı beş komandanın iştirakı ilə keçirmək məcburiyyətində qaldıq.

“Bu turnirin gələcəyi var. Növbəti ildə Rusiya və Gürcüstan klublarına da dəvət göndərmək istəyirik”, - deyə komitənin sədri qeyd edib.

Xəbər 780 dəfə oxundu.