“Red Bull Racing”i “Pirelli” şirkətinin testlərində təmsil edəcək pilotlar müəyyənləşib
Xəbər verdiyimiz kimi, yanvarın 25-26-da “Pirelli” şirkəti Fransanın Pol Rikar trasında yağış təkərlərinin testlərini keçirəcək.

Testlərdə üç “Formula-1” komandası - “Ferrari”, “Red Bull Racing” və “McLaren” iştirak edəcək.

“Red Bull Racing” komandasını testdə təmsil edəcək pilotlar müəyyənləşib. Komandanı testlərin ilk günündə Daniel Rikkardo, ikinci günündə isə Daniil Kvyat təmsil edəcək.

“McLaren” komandası bir müddət əvvəl bu sınaqda Stoffel Vandornun iştirak edəcəyini açıqlamışdı. “Ferrari”ni isə Esteban Qutyerresin təmsil edəcəyi bildirilir.

Xəbər 616 dəfə oxundu.